SON DƏQİQƏ

İlham Əliyev Lukaşenkonu təbrik etdi

Tarix:

1-07-2017, 16:55

/ 5 741 dəfə oxundu.
İlham Əliyev Lukaşenkonu təbrik etdi

Azərbaycan prezidenti İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenkonu təbrik edib.
Təbrik məktubunda deyilir:
"Belarus Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Müasir Belarus nəzərdə tutulan məqsədləri və prioritet vəzifələri uğurla həyata keçirərək dövlətçiliyin və hüquq qaydasının möhkəmləndirilməsi, davamlı sosial-iqtisadi inkişaf sahələrində sanballı uğurlara nail olub.
Azərbaycan ilə Belarusu ənənəvi sıx dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək münasibətləri birləşdirir. Əminəm ki, bizim birgə səylərimiz Azərbaycan-Belarus qarşılıqlı faydalı əməkdaşlığının və çoxplanlı qarşılıqlı fəaliyyətin bundan sonra daha da genişlənməsinə və möhkəmlənməsinə şərait yaradacaq.
Hörmətli Aleksandr Qriqoryeviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Belarus xalqına sülh və firavanlıq arzu edirəm".

GUNAZ.az 

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ