SON DƏQİQƏ

Yol tikintisinə pul ayrıldı - 2,5 milyon manat

Tarix:

9-06-2017, 19:57

/ 4 821 dəfə oxundu.
Yol tikintisinə pul ayrıldı - 2,5 milyon manat

Azərbaycan prezidenti İlham Əliyev Abşeron rayonunun Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
21 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun tikintisi məqsədi ilə 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,5 milyon manatı "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

GUNAZ.az 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ