SON DƏQİQƏ
» » Prezident İlham Əliyev Lənkərana 7,5 milyon manat ayırdı

Prezident İlham Əliyev Lənkərana 7,5 milyon manat ayırdı

Tarix:

7-06-2017, 18:53

/ 4 026 dəfə oxundu.
Prezident İlham Əliyev Lənkərana 7,5 milyon manat ayırdı

Prezident İlham Əliyev Lənkəran şəhərində çoxmənzilli binaların əsaslı təmiri və bərpası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Lənkəran şəhərində qəzalı vəziyyətdə olan 13 çoxmənzilli binada əsaslı təmir və bərpa işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 7,5 milyon (yeddi milyon beş yüz min) manat ayrılsın.
Maliyyə Nazirliyinə tapşırılır ki, bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ