SON DƏQİQƏ
» » Azərbaycan prezidenti iranlı həmkarına başsağlığı verib

Azərbaycan prezidenti iranlı həmkarına başsağlığı verib

Tarix:

5-05-2017, 09:53

/ 3 358 dəfə oxundu.
Azərbaycan prezidenti iranlı həmkarına başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.
 Məktubda deyilir: "Hörmətli cənab Prezident!
Gülüstan vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində insanların həlak olması xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər