SON DƏQİQƏ

Putin , Ərdoğanı təbrik etdi

Tarix:

18-04-2017, 22:49

/ 4 801 dəfə oxundu.
Putin , Ərdoğanı təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin referendum nəticələrinə görə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı təbrik edib.
 Baş tutan telefon danışığı zamanı iki ölkə arasında münasibətlərin normallaşması üçün atılan addımların davam etdiriləcəyi ilə bağlı razılığa gəlinib.
Liderlər Suriya mövzusuna da toxunub.
Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Ərdoğanı referendumakı qələbə münasibətilə təbrik edib. Bundan sonra isə Putinin niyə təbrikdə gecikdiyi müzakirəyə çıxarılıb.
Kremldən bu gün günorta saatlarında verilən rəsmi açıqlamada referendumun Türkiyənin daxili işi olduğu üçün Rusiyanın təbrikə tələsmədiyi vurğulanmışdı.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər