SON DƏQİQƏ
» » Prezident: "İran tərəfindən Azərbaycan namərd atəşə məruz qalmışdır"

Prezident: "İran tərəfindən Azərbaycan namərd atəşə məruz qalmışdır"

Tarix:

5-03-2026, 16:21

/ 3 846 dəfə oxundu.
Prezident: "İran tərəfindən Azərbaycan namərd atəşə məruz qalmışdır"

"Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir".
GunAz.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında deyib.
Dövlət başçısı deyib: "Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir".
скачать dle 12.1

Şərhlər