SON DƏQİQƏ
» » Politoloq: "Rusiya heç vaxt Azərbaycana dost münasibəti bəsləməyib"

Politoloq: "Rusiya heç vaxt Azərbaycana dost münasibəti bəsləməyib"

Tarix:

7-01-2025, 14:34

/ 5 004 dəfə oxundu.
Politoloq: "Rusiya heç vaxt Azərbaycana dost münasibəti bəsləməyib"

 Rusiyanın Azərbaycana qarşı dost olmayan münasibəti nəzərə alınmaqla, onunla ölkəmiz arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında “Bəyannamə”-nin ratifikasiya edilb-edilməməsi haqqında bir daha düşünmək lazımdır
  Bunu GunAz.az-a   Siyasi şərhçi Teyyub Qənioğlu  bildirib. O qeyd edib ki, son zamanlar Rusiya Federasiyası miqrantlara qarşı siyasətini sərtləşdirmək istiqamətində ardıcıl qərarlar qəbul etmək yolunu tutub. Miqrantların təqvim ili ərzində Rusiyada qalma müddətinin 180 gündən  90 günə endirlməsindən sonra bu ölkəyə daxil olan miqrantların statusuna  nəzarəti asanlaşdırmaq üçün  onların şəxsi və biometrik məlumatlarından ibarət rəqəmsal profilin yaradılmasına qərar verilib. Bu məqsədlə iyun ayının 30-dan etibarən Rusiyaya istənilən  buraxılış məntəqəsindən daxil olan xarici vətəndaşlar barmaq izlərini və fotoşəkillərini təqdim etməlidirlər. Bu dəyişikliklər Belarus vətəndaşlarına, 6 yaşına çatmamış uşaqlara, xarici dövlətlərin Rusiyadakı diplomatik nümayəndəlik və konsulluqlarının əməkdaşlarına, onların ailə üzvülərinə, beynəlxalq təşkilatların əməkdaşlarına aid edilməyəcək.
Politoloq bildirir ki, bu təbii olaraq Rusiyanın daxili işidir. Ancaq maraqlı məqam ondan ibarətdir ki, bu siyahıda Rusiyanın strateji müttəfiq adlandırdığı Azərbaycan vətəndaşlarının adlarına rast gəlinmir və bu strateji müttəfiqlik anlayışına heç cür uyğun gəlmir. Rusiyanın ölkəmizə qarşı dost olmayan bu münasibəti, xüsusilə AZAL-a məxsus mülki təyyarənin cinayətkarcasına vurulması, zədələnmiş təyyarənin Rusiyanın yaxın hava limanlarına enməsinə icazə verilməməsi, sərnişinləri bilərəkdən ölümə sövq etmələri, baş vermiş bu cinayətdən müxtəlif uydurmalarla yayınmaq cəhdləri, bu dövlətin ölkəmizə qarşı saymazlığının, əsrlərdir davam edən düşmənçilik siyasətinin davamıdır. Rusiyanın ölkəmizə qarşısərgilədiyi  davranış yəqin ki, cavabsız qalmayacaq və Azərbaycan Prezidenti İlham Əliyevin AZAL-a məxsus mülki təyyarənin vurulmasına görə Rusiyaya unvanladığı sərt münasibət buna sübutdur.
"Məlumdur ki 2022-ci ilin fevral ayının  22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb, ancaq indiyəcən o, nə Rusiyada, nə də Azərbaycanda ratifikasiya edilməyib. Hesab edirəm ki, müasir geosiyasi şəraitdə onun ratifikasiya edilməsi daha çox Rusiyanın mənafelərinə uyğundur. Ona görə də, bu “Bəyannamə”-nin ratifikasiya edilb-edilməməsi haqqında bir daha düşünmək lazımdır".
Teyyub Qənioğlu əlavə edir ki, Nəzərdən qaçırmaq olmaz ki, Rusiya bütün varlığı müddətində heç vaxt Azərbaycana dost münasibəti bəsləməyib və biz yaxın tariximizdə, Qarabağ münaqişəsi müddətində,bir daha bunun şahidi olmuşuq. Ona görə də, Rusiyaya münasibətdə bir atalar sözünü heç vaxt yaddan çıxarmamalıyıq: “İtlə dost ol, amma çomağı yaddan çıxarma!”
Bilman İSAQ
скачать dle 12.1

Şərhlər