SON DƏQİQƏ
» » Zəngilanın azad olunması Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda atılan mühüm addım idi.

Zəngilanın azad olunması Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda atılan mühüm addım idi.

Tarix:

21-10-2024, 12:36

/ 3 310 dəfə oxundu.
Zəngilanın azad olunması Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda atılan mühüm addım idi.

Zəngilan rayonu 30 oktyabr 1993-cü ildə işğal olunmuşdu. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdu. İşğal olunmazdan əvvəl bir şəhər, beş qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi.  Bütün Avropada ən böyük çinar meşəsi də bu rayonda idi. Rayonun sahəsi 730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub.

2020-ci ilin 20 oktyabr günü xalqımızın, xüsusilə zəngilanlıların yaddaşına əbədi həkk olunan bir gündür. Çünki oktyabrın 20-si Zəngilanın Ermənistan Silahlı qüvvələrinin işğalından azad edildiyi gündür. Azərbaycan xalqının Vətən müharibəsində qazandığı ən önəmli qələbələrindən biri də Zəngilan şəhərinin işğaldan edilməsi oldu. 2020-ci ilin oktyabrın 20-də Prezident İlham Əliyev xalqa müraciətində Zəngilan şəhərinin, rayonun bir çox kənd və qəsəbələrinin işğaldan azad edildiyini elan etdi. Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda atılan mühüm addım idi. Qızğın döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilan azad olunandan sonra artıq yolumuz Qubadlıya açıldı və beş gün sonra Qubadlı azad olundu, sonra isə Laçına çıxmaq mümkün oldu. Prezident İlham Əliyev 2 ay sonra – 2020-ci il dekabrın 23-də Zəngilanın mərkəzində Azərbaycan bayrağını ucaltdı. Zəngilanın azad olunması yalnız hərbi qələbə ilə yekunlaşmadı. Zəngilan həm də “Böyük Qayıdış Proqramı” nın ilk mərhələsində bərpa olunan ərazilərdən biri oldu. Beləliklə, Zəngilanda yeni inkişaf mərhələsi başladı. “Böyük qayıdış” proqramının ilk pilot layihəsi Zəngilanın Ağalı kəndində icra edildi. Dünyanın diqqəti Azərbaycanın Zəngilanda reallaşdırdığı ağıllı kənd, ağıllı şəhər təcrübəsinə yönəldi. Qısa vaxtda Ağalı beynəlxalq standartlara cavab verən müasir yaşayış məskəninə çevrildi. Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. Bu layihələr yerli əhalinin məşğulluğunu və rifahını təmin edir. Zəngilanın Ağalı kəndi ilk “ağıllı kənd” layihəsi olaraq bərpa edildi. Bu layihə dünyanın ən müasir kəndlərindən biri olmaqla yanaşı, bölgədə “yaşıl enerji” potensialının istifadəsi ilə fərqlənir. Günəş enerjisi ilə zəngin olan Zəngilan, Qarabağda “yaşıl enerji” zonasının yaradılmasında xüsusi yer tutur.

Zəngilan ərazisində həyata keçirilən infrastruktur layihələri də bölgənin iqtisadi və sosial həyatına yeni nəfəs verib. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu və Zəngilan-Horadiz avtomobil yolu Azərbaycanın digər bölgələri ilə əlaqələri gücləndirəcək. Bu yolların tikintisi ilə Naxçıvana və buradan beynəlxalq nəqliyyat dəhlizlərinə birbaşa çıxış təmin ediləcək.

Zəngilanda eyni zamanda Beynəlxalq Hava Limanı da inşa olunub. Füzulidən sonra ikinci hava limanının Zəngilanda inşa olunması təsadüfi deyildi. Şərqi Zəngəzurun əsas qapısı olan Zəngilanın təbii coğrafi mövqeyi onun beynəlxalq nəqliyyat logistika mərkəzinə çevrilməsinə imkan verir. Məlumdur ki, sovetlər dövründə Zəngilanda hava limanı olmayıb. Amma işğaldan azad olunduqdan sonra burada nəinki hava limanı, beynəlxalq hava limanı da inşa olundu. İstər hava limanı, istərsə də dəmir yolu, Horadiz-Ağbənd avtomobil yolu Zəngilanın ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevrilməsinə zəmin yaradıb.

Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa olundu. Bu tarixi zəfərin əbədiləşdirilməsi məqsədilə 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur”.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Həmin Sərəncama əsasən 20 Oktyabr – “Zəngilan Şəhəri Günü” kimi müəyyən olunub. Xalq olaraq bu günü qürurla qeyd edirik. Artıq zəngilanlılar rayonun 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi günü deyil, azad olunduğu tarixi - 20 oktyabrı qeyd edirlər.


Türkanə Mübariz

скачать dle 12.1

Şərhlər