SON DƏQİQƏ
» » Prezident İlham Əliyev İrana rəsmi səfər edib - YENİLƏNİB - FOTOLAR

Prezident İlham Əliyev İrana rəsmi səfər edib - YENİLƏNİB - FOTOLAR

Tarix:

5-03-2017, 12:31

/ 4 172 dəfə oxundu.
Prezident İlham Əliyev İrana rəsmi səfər edib - YENİLƏNİB - FOTOLAR

 AZƏRTAC-a istinadən xəbər verilir ki, martın 5-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin təkbətək görüşü olub.

***

Prezident İlham Əliyevin Tehranda rəsmi qarşılanma mərasimi olub.

İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə "Sədabad" sarayına gəldi.

Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı "Sədabad" sarayının qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycanın və İranın dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçdilər.

Prezidentlər birgə foto çəkdirdilər.

İranın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İran Prezidenti Həsən Ruhaniyə təqdim olundu.

---------

12:04

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də İran İslam Respublikasına rəsmi səfərə gəlib.

 AZƏRTAC-a istinadən xəbər verilir ki, Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı Tehranın "Mehrabad" hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini İranın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşıladılar.

Gunaz.az

Prezident İlham Əliyev İrana rəsmi səfər edib - YENİLƏNİB - FOTOLAR

 

Prezident İlham Əliyev İrana rəsmi səfər edib - YENİLƏNİB - FOTOLAR

 

Prezident İlham Əliyev İrana rəsmi səfər edib - YENİLƏNİB - FOTOLAR

 

 

 

 

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ