SON DƏQİQƏ

Tarixi antiterror əməliyyatı-ŞANLI SƏHİFƏ

Tarix:

19-09-2024, 18:10

/ 4 061 dəfə oxundu.
Tarixi antiterror əməliyyatı-ŞANLI SƏHİFƏ

2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin həm ərazi bütövlüyü, həm də suverenliyi tam bərpa olundu. Artıq Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan Xankəndi-antiterror əməliyyatından bir il ötür. 2020-ci ilin sentyabrın 27-də başlanan 44 Günlük İkinci Qarabağ Müharibəsi bitdikdən sonra müvəqqəti olaraq düşmənin əlində qalan Xankəndi, Xocalı, Xocavənd və digər əraziləimiz həmin gün azad edildi və 2023-cü  ilin oktyabrın 15-də  Xankəndində Azərbaycan Bayrağı qaldırıldı və noyabrda keçirilən Zəfər paradı ölkəmizin gücünü və Ordumuzun qüdrətini bir daha dünyaya nümayiş etdirdi.
Bunu GunAz.az-a siyasi şərhçi, siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Əliyev bildirib.
O qeyd edib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqlarına və qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı həyata keçirilmiş antiterror əməliyyatı çoxəsrlik Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir.
"Bu əməliyyatı  zəruri edən bir neçə səbəb  var idi: 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata baxmayaraq, Ermənistan silahlı birləşmələri Qarabağdan tam çıxarılmamışdı və qarşı tərəf qeyri-qanuni erməni silahlı dəstələrinin tərk-silah edilməsi, ərazidən çıxarılması ilə tədbir görmürdi;-Qarabağa hərbi sursat və silah daşınması davam edirdi;- Azərbaycan Ordusunun mövqeləri ilə üzbəüz yerlərdə fəal mühəndis-istehkam işləri aparılır, kəşfiyyat-diversiya qruplarının aktivliyi artır, ərazi və yollar yenidən minalanırdı;-2023-cü il sentyabrın 2-də baş nazir Nikol Paşinyan qondarma “Dağlıq Qarabağın müstəqillik bəyannaməsi”nin “ildönümü” ilə əlaqədar separatçı rejimə təbrik müraciəti ünvanlamışdı;-2023-cü il sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində qondarma “prezident seçkiləri” keçirilmişdi. Separatçı qüvvələrin yeni bir hakimiyyət formalaşdırmaq cəhdləri və qeyri-qanuni silahlı dəstələrə maddi-siyasi dəstək verilməsi Ermənistanın daha böyük hərbi təxribatlara hazırlaşdığını göstərirdi. Beləliklə, özündə kapitulyasiya aktını ehtiva edən üçtərəfli Bəyanatın imzalandığı vaxtdan üç il keçməsinə baxmayaraq, davam edən təxribatlar və terror aktları antiterror əməliyyatının keçirilməsini labüd edirdi".
Qafar Əliyev bildirib: "Həmin hadisədən keçən bir il müddətində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” uğurla icra olunur.
Artıq Xocalı şəhəri də daxil olmaqla işğaldan azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin olunur, sakinlərin doğma yurd-yuvasına köçürülməsi davam edir. İndiyədək 2 min 117 ailə, o cümlədən Füzuli şəhərinə 822, Talış kəndinə 20, Ağalı kəndinə 175, Şuşa şəhərinə 210, Laçın şəhərinə 570, Sus kəndinə 59, Zabux kəndinə 217, Xocalı şəhərinə 44 ailə köçüb".
Ötən ilin sentyabrında aparılan antiterror əməliyyatından sonra ölkəmizin təkcə coğrafi xəritəsində deyil, sosial və quruculuq xəritəsində də çox böyük dəyişiklik baş verməsini qeyd edən Qafar Əliyev əlavə etdi ki, az qala hər gün yeni bir ünvanın, yeni bir infrastruktur obyektinin bünövrəsi qoyulur, yeni bir ocaqda işıq yanır. Vaxtilə erməni quldur birləşmələrinin xaraba qoyduğu Qarabağın və Şərqi Zəngəzurun yaşayış məskənlərində abad və yaraşıqlı şəhər və kəndlər salınır, yeni-yeni ünvanlar boy göstərir...
Cəmil İSAX
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ