SON DƏQİQƏ

İlham Əliyev Ərdoğanla görüşdü - FOTO

Tarix:

1-03-2017, 01:14

/ 9 200 dəfə oxundu.
İlham Əliyev Ərdoğanla görüşdü  - FOTO

Fevralın 28-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.
Gunaz.az-ın məlumatına görə, bu barədə AzərTAC xəbər verib. 
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin dinamik inkişafından məmnunluq ifadə olunub, ikitərəfli münasibətlərin bir sıra sahələrdə, o cümlədən xarici ticarət sahəsində inkişaf etdiyi bildirilib.
Enerji sahəsində həyata keçirilən layihələrdən danışılıb, onların uğurla davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. 
İş adamlarının və şirkətlərin iqtisadi əlaqələrin inkişafında daha fəal rolunun təmin edilməsinin, bank sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirilib. Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İlham Əliyev Ərdoğanla görüşdü  - FOTO

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ