SON DƏQİQƏ
» » Prezident Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşdü - FOTO

Prezident Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşdü - FOTO

Tarix:

9-02-2017, 12:45

/ 5 532 dəfə oxundu.
Prezident Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşdü - FOTO

Bu gün Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşüb.
 Prezident İlham Əliyev "Azərbaycanın Milli Qəhrəmanı" medalını şəhidin atası Salman Qurbanova təqdim edib.
Qeyd edək ki, fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanova "Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə sərəncam (ölümündən sonra) imzalayıb.
Xatırladaq ki, Ç.Qurbanov ötən il dekabrın 29-da Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən şəhid olub.
Onun nəşi Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Şəhid Ç.Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib.

Gunaz.az

Prezident Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşdü - FOTO

 

Prezident Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşdü - FOTO

 

Prezident Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşdü - FOTO

 

Prezident Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşdü - FOTO

 


скачать dle 12.1

Şərhlər