SON DƏQİQƏ
» » İlham Əliyev: "Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çox məhsuldar və səmimidir" (YENİLƏNİB)

İlham Əliyev: "Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çox məhsuldar və səmimidir" (YENİLƏNİB)

Tarix:

6-02-2017, 19:33

/ 3 329 dəfə oxundu.
İlham Əliyev: "Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çox məhsuldar və səmimidir" (YENİLƏNİB)

Azərbaycan və Avropa İttifaqı (Aİ) sabah yeni saziş üzrə danışıqlara başlayacaqlar.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla birgə mətbuata bəyanatla çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanla Aİ arasında əməkdaşlıq çox məhsuldar, səmimidir və böyük potensial var:

"Bizim aramızda çox aktiv siyasi dialoq var, biz mütəmadi olaraq görüşürük, mühüm siyasi hadisələri və ölkəmizdəki siyasi islahatları müzakirə edirik. Biz bütün Azərbaycan vətəndaşları üçün daha geniş imkanların təmin edilməsi məqsədilə ölkədə demokratik islahatların davam etdirilməsinə sadiqik”.

Azərbaycan Prezidenti həmçinin qeyd edib ki, energetika sahəsində əməkdaşlıq Azərbaycanla Aİ arasında əməkdaşlığın mühüm hissəsidir: "Biz hazırda Avropada icra edilən ən böyük infrastruktur layihələrindən biri olan "Cənub Qaz Dəhlizi” layihəsinin inkişafı üzrə uğurla əməkdaşlıq edirik”.

İlham Əliyev əlavə edib ki, bu layihənin reallaşdırılması üçün 40 milyard dollardan çox investisiya lazımdır: "Cənub Qaz Dəhlizi” enerji diversifikasiya və enerji təhlükəsizliyi layihəsidir. Mən diversifikasiya deyəndə, təkcə marşrutları deyil, mənbələri də nəzərdə tuturam”.

Prezidentin sözlərinə görə, Azərbaycan öz iri qaz yataqları ilə Avropa bazarı üçün yeni alternativ təbii qaz mənbəyidir:

"Mən cənab prezidenti (Aİ Şurasının prezidenti - red.) "Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasının uğurla davam etdirilməsi barədə məlumatlandırdım. Biz ümid edirik ki, əlavə səylər nəticəsində bu layihənin həyata keçirilməsi sürətləndiriləcək”.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ