SON DƏQİQƏ
» » Ceyhun Bayramov Brüsseldə mühüm görüşdə iştirak edir

Ceyhun Bayramov Brüsseldə mühüm görüşdə iştirak edir

Tarix:

12-12-2022, 15:36

/ 2 494 dəfə oxundu.
Ceyhun Bayramov Brüsseldə mühüm görüşdə iştirak edir

Brüsseldə Avropa Birliyinin (AB) Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclası başlayıb.

AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrelin sədrliyi ilə keçirilən toplantıda ittifaqın qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi də iştirak edir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iclasda iştirak edir.

"Şərq Tərəfdaşlığı" proqramına daxil olan 6 ölkədən 5-nin (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) xarici işlər nazirləri AB ölkələrindən olan həmkarları ilə bir araya gəliblər.

Görüşdə həmçinin Avronest Parlament Assambleyası, Avropa Regionlar Komitəsi/CORLEAP, Avropa İqtisadi və Sosial Komitəsi, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu, Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri də iştirak edir.

İştirakçılar AB-nin İqtisadi və İnvestisiya Planını da müzakirə edəcəklər.

скачать dle 12.1

Şərhlər