SON DƏQİQƏ

Tünzalə Əliyevanın 9 minlik libası

Tarix:

28-06-2021, 10:20

/ 4 417 dəfə oxundu.
Tünzalə Əliyevanın 9 minlik libası

Xalq artisti Tünzalə Ağayeva bahalı geyimi ilə diqqət çəkib.

Sənətçinin "Versace” brendinə məxsus qara rəngli libasının qiyməti 4720 dollardır (təxminən 8016 AZN).

Hər zaman qlamur tərzi ilə göz oxşayan ifaçı bu geyimini qızıl rəngli hündür daban ayaqqabı ilə tamamlayıb.

Onun "Saint Laurent” markalı ayaq geyimi isə 1095 dollar (təxmini 1861 AZN) dəyərindədir. Xalq artistinin əyinindəki libasın ümumi qiyməti 5815 dollar təşkil edib (təxminən 9877 AZN).

Tünzalə yeni geyimdə olan fotosunu şəxsi "Instagram” hesabında paylaşıb. Onun libası bahalı olması ilə yanaşı, dərin yarığı ilə də diqqət çəkib. Xalq artistinin bahalı və dərin yarıqlı geyimi müzakirələr yaradıb. Bu paylaşıma 5 mindən çox "like” gəlib, xeyli sayda insan şərhlər yazıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ