SON DƏQİQƏ
» » “Düşdüm küçələrə, pis təkliflər edirdilər” - Tanınmış aparıcı

“Düşdüm küçələrə, pis təkliflər edirdilər” - Tanınmış aparıcı

Tarix:

23-03-2021, 16:50

/ 6 366 dəfə oxundu.
“Düşdüm küçələrə, pis təkliflər edirdilər” - Tanınmış aparıcı

ARB TV-nin "Onun Sirri” proqramının növbəti buraxılışında qonaq qismində verilişin aparıcısı Lətafət Ələkbərova olub.

GünAz.az xəbər verir ki, məşhur aparıcı ilk işindən danışıb:

"90-cı illərin ortaları idi. Özəl televiziyalar yeni açılırdı. Baxış zəif idi, baxılmırdı. Televiziyaların birində PR-menecer kimi işə qəbul olundum. Dərsə gedib gəlməyə pulum yox idi. Məcbur razılaşdım. Düşdüm küçələrə. Qarşıma çıxan hər mağazaya- çörək, ət, filan girib deyirdim ki, sizə reklam lazımdır? Çoxu halıma acıyıb reklam verirdi. Bəziləri pis təkliflər edirdi. Acı danışanlar da olurdu. İşimin ilk günü ət satılan mağazaya girmişdim. Mağaza sahibi mənə dedi ki, bizim reklama ehtiyacımız yoxdur, amma mənə 50 dollar pul verdi. Çox sevinmişdim. Oradan qazancım 5 dollar oldu. O pulla evə lazım olan şeylər aldım”.

 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ