SON DƏQİQƏ

Emin Ağalarov Azərbaycanda daha 7 restoran açacaq

Tarix:

16-03-2021, 12:31

/ 3 275 dəfə oxundu.
Emin Ağalarov Azərbaycanda daha 7 restoran açacaq

"Crocus Group” 2021-2022-ci illərdə Azərbaycanın restoran bazarında mövcudluğunu gücləndirəcək.

GünAz.az xəbər verir ki, bu barədə holdinqin ortağı Emin Ağalarov "Kommersant”a açıqlamasında bildirib.

 

İş adamının sözlərinə görə, şirkət 2021-2022-ci illərdə restoran layihələrinə təxminən 1 milyard rubl sərmayə qoymağı planlaşdırır:

"Təkcə 2021–2022-ci illərdə Bakıda və "Sea Breeze Resort”da yeddi yeni restoran açmağı planlaşdırırıq. Bəzi layihələrimiz artıq tanınmış markalardır: "Zafferano”, "Edoko”, "Forte Bello”, "Fish Box”, "Cafe Milano”.

Hazırda "Crocus Group” şirkətinin idarə etdiyi restoranların ümumi sayı 52-dir. 2020-ci ildə qrupun biznesinin restoran hissəsinin dövriyyəsi üç dəfə azalıb, iki il ərzində isə şirkət bu göstəricinin 70% artacağını gözləyir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ