
Azərbaycanın məşhur və ekstravaqant stilisti Samiraldonu zəhərləyiblər.
GunAz.az xəbər verir ki, hadisə bir müddət əvvəl baş verib. Artıq vəziyyəti yaxşıdır və tədbirlərdə iştirak edir.
Samiraldo GunAz.az-a açıqlamasında zəhərləndiyini təsdiqləsə də, bu barədə ətraflı danışmaq istəmədi:
"Bəli, bir neçə ay bundan əvvəl zəhərlənmişdim. Bu barədə ətraflı danışmaq istəməzdim. Evdə yemək yedikdən sonra anidə vəziyyətim pisləşdi. Həkimlər məni həyata qaytardılar. O hadisədən ancaq özüm hazırladığım yeməklə qidalanıram. Şübhələndiyim şəxslə sadəcə münasibətləri kəsdim və bir daha mənim evimə gələ bilməz".
<iframe src="http://baku.ws/video2/v.php?v=1345166" width="640" height="360"></iframe>