SON DƏQİQƏ
» » Rəqsanənin qızına dələduzluq etdilər: "Adımızdan camaata pul..."

Rəqsanənin qızına dələduzluq etdilər: "Adımızdan camaata pul..."

Tarix:

16-12-2019, 15:32

/ 1 212 dəfə oxundu.
Rəqsanənin qızına dələduzluq etdilər: "Adımızdan camaata pul..."

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovanın adından dələduzluq ediblər.

GunAz.az xəbər verir ki, Aysun İsmayılova bu haqda İnstaqramda hekayə bölümündə məlumat verib:

"Mənim adımdan sosial şəbəkədə səhifə açanda fan-səhifə olduğunu qeyd edin. Bir xanım adımdan prodüserim kimi səhifə açıb. Guya səhifəni mən açdırmışam. Proqramistlə danışır, səhifə ilə bağlı iş gördürür, xalqın pulunu vermir. Həmin adam məni axtarıb tapır ki, sizin prodüseriniz pulumuzu verməyib, ödəniş etməlisiniz.

Halbuki bu səhifəmdən başqa İnstaqram səhifəm yoxdur. Çox xahiş edirəm, səhifə işlədirsinizsə dürüst işlədin. Belə ucuz variantlara getməyin! Bizim adımızı hallandıraraq camaata pul atmayın!"

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ