SON DƏQİQƏ
» » “Siz insani keyfiyyətlərdən məhrumsunuz” - Brilliant tənqid etdi

“Siz insani keyfiyyətlərdən məhrumsunuz” - Brilliant tənqid etdi

Tarix:

9-04-2019, 12:47

/ 10 384 dəfə oxundu.
“Siz insani keyfiyyətlərdən məhrumsunuz” - Brilliant tənqid etdi

Xalq artisti Brilliant Dadaşova 162 saylı məktəbdə intihar edən 8-ci sinif şagirdi Elina Hacıyeva ilə bağlı təhqiramiz ifadələr işlədən direktoru Sevinc Abbasovanı tənqid edib.

GunAz.az xəbər verir ki, ifaçı bu barədə İnstaqramda yazıb: 

“Müəllim, sizə ayıb olsun. Atam Süleyman Dadaşov da pedaqoq idi və biz ondan ailələrdə mövcud çətinliklərin təsirini çox eşitmişdik. Bir şagirdin ailəsində problem varsa, deməli, siz o uşağa daha çox diqqət ayırmalı idiniz, digər tərəfdən Elinanın anası ikinci dəfə ailə qurubsa, bu, əsla pozğunluq deyil və buna görə o uşaq həyatı bahasına hesab verməməli idi. Təəssüf edirəm, siz elementar insani keyfiyyətlərdən belə məhrumsunuz, qalsın ki, müqəddəs müəllim həssaslığı”.

Qeyd edək ki, Sevinc Abbasova Elina ilə bağlı fikirlərində “Yazın ki, pozğun, uğursuz ailənin uşağıdır. Valideyn ikinci dəfə ərə gedib, balaca uşaqları var və bununla maraqlanmayıb” sözlərini işlətmişdi. “Qafqazinfo”nun məlumata görə, Təhsil Nazirliyi müəllimi işdən azad edib.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ