SON DƏQİQƏ
» » ELARİZ MƏMMƏDOĞLU AZƏRBAYCANDAN GETMƏYİNİN SƏBƏBİNİ AÇIQLAYIB-VİDEO

ELARİZ MƏMMƏDOĞLU AZƏRBAYCANDAN GETMƏYİNİN SƏBƏBİNİ AÇIQLAYIB-VİDEO

Tarix:

3-04-2019, 16:09

/ 10 478 dəfə oxundu.
ELARİZ MƏMMƏDOĞLU AZƏRBAYCANDAN GETMƏYİNİN SƏBƏBİNİ AÇIQLAYIB-VİDEO

Şou-biznezdə həmkarlarından fərqli olaraq öz sadəliyi və sənəti ilə digərlərindən fərqlənməyi bacaran və son günlərdə Amerikaya köçməsi ilə gündəmə gələn müğənni Elariz Məmmədoğlu ONN media-nın həmsöhbəti olub.

  • Elariz bəy, bildiyimiz kimi siz ölkədən xaricdə Amerikadasınız, ölkədən getməyinizin səbəbi nədir?

Ölkəmizdən getməyimin səbəbi sadəcə Green Card qazanmağımdır. Bu bir şansdır, hər zaman olmur və məndə bu şansdan yararlandım. Green Card qazanmasaydım getməyəcəkdim. Green Card qazandım, şansımı dəyərləndirdim və Amerikaya gəldim.

Odur ki, Amerikada Green Card qazandığıma görə bütün sənədlərim hüquqidir. Eyni zamanda, bu proseslə əlaqədar bəzi sənədlərin Amerikadakı ünvanıma gəlməsini gözləyirəm. Bu proses bitdikdən sonra, istənilən anda Amerikadan Azərbaycana, Azərbaycandan isə Amerikaya gedib-gələ bilərəm. Düşünürəm bu prosedur 2-3 ay çəkər.

  • Amerikadakı ünvanınız demişgən, hal hazırda harada yaşayırsınız və yaşadığınız ev sizin şəxsi evinizdir?

Xeyr. Hal hazırda Bruklin’in mərkəzində yaşayıram. Yaşadığım yer şəxsi evim deyil.

  • Bir sıra sosial şəbəkə istifadəçiləri sizin Amerikada şəxsi biznesinizin olduğunu iddia edirlər. Bəs bu doğru məlumatdır?

Hələlik şəxsi biznesim yoxdur, amma gələcəkdə ola bilər, burda hər kəsin biznesi var. Sənətimlə məşğulam. Toylara, banketlərə, konsertlərə tez-tez dəvətlər alıram. Sağ olsun Amerikadakı Azərbaycanlılar nömrəmi instaqram səhifəmdən götürüb dəvət üçün zəng edirlər.

  • Bir neçə gün bundan əvvəl Houston şəhərində konsert proqramı ilə çıxış etmisiniz. Konsert proqramı gözlədiyiniz kimi oldu? Nə qədər insan sizi dinləməyə gəlmişdi?

Bəli, 23 mart 2019 tarixdə məni Nyu Yorkdan Houston şəhərinə konsertə dəvət etdilər. Çox möhtəşəm konsert keçdi. Möhtəşəm sözünü cəsarətlə deyirəm. Gələn insanların dəqiq sayını deyə bilmərəm, amma sağ olsunlar çox adam gəlmişdi, biletlər bir ay öncədən artıq satılmışdı. Çox insanlar bilet əldə edə bilmədiklərinə görə incik düşdülər. Ümidvaram ki, konsert təşkilatçıları Toğrul Məmmədbəyov və Azad bunu nəzərə alıb, daha bir konsert təşkil edərlər.

  • Sizin Vətənə, Bakıya sevginizin böyük olduğunu bilirik. Bəs Bakı üçün darıxmırsınız?

Əlbəttə, Vətən üçün çox darıxıram. Tez-tez dost-tanışlarla əlaqə saxlayıram.

  • Sonda sizi sevənlərə nə demək istəyirsiniz?

Bütün həmvətənlərimizi Salamlayıram. Camaatımız üçün, Bakı üçün, Azərbaycan üçün çox darıxıram. Maşallah, məni sevənlər çoxdur, bir-bir qucaqlayıb bağrıma basıram. Məni sevənləri Allah sevsin.

Bizimlə həmsöhbət olduğunuza görə çox sağolun Elariz bəy.

Məndə ONN İnformasiya Agentliyinə, sizə Fəridə xanım, təşəkkür edirəm ki, Amerikada axtarıb tapmısınız. Sağ olun.

 

скачать dle 12.1

Şərhlər