SON DƏQİQƏ

Əhməd evlənir: Videolardan çəkinirdim

Tarix:

29-03-2019, 15:54

/ 10 324 dəfə oxundu.
Əhməd evlənir: Videolardan çəkinirdim

Müğənni Əhməd Mustafayev evlənir.

Sənətçi gələn ay baş tutacaq toyu haqqında GunAz.az-a danışıb.

“Neçə vaxtdır ki, hamı mənim toyumun vaxtını soruşur. Aprelin 15-də subaylığa son qoyub, evlənirəm. Fikrimdə var idi ki, toyumu qapalı şəkildə keçirim. Açığı, “Instagram”da paylaşılacaq foto və videolardan çox çəkinirdim. Sonra oturub fikirləşdim ki, onsuz da toya gələnlər məclisdə yaşananları sosial şəbəkələrdə paylaşacaqlar. Hər zaman belə olur. Bu kimi məqamlara fikir verməmək lazımdır.

Tənqid etsələr, dərd yarıdır, tənqiddən niyə qorxaq ki?! Amma söyüb, təhqir edirlər. Bu isə çox pis haldır. Nalayiq sözlər, ifadələr yazırlar. Bir gün oturub araşdırdım ki, bu kimi təhqirləri yazan azyaşlılardır.

Onlar tədbirlərdə belə özlərinə sərhəd qoymurlar. Amma mən bunları boş verdim”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ