SON DƏQİQƏ
» » Sibel Can sabah Bakıya gəlir - Biletlər bitmək üzrə

Sibel Can sabah Bakıya gəlir - Biletlər bitmək üzrə

Tarix:

6-03-2019, 11:32

/ 10 494 dəfə oxundu.
Sibel Can sabah Bakıya gəlir - Biletlər bitmək üzrə

Türkiyənin məşhur ulduzu Sibel Can sabah Bakıya gələcək. GunAz.az xəbər verir ki, “Liatris Holding”in təşəbbüsü, “Liatris Production”ın təşkilatçılığı ilə baş tutacaq konsert martın 8-i Beynəlxalq Qadınlar günündə keçiriləcək. 

 

Sənətçi solo konsertindən əvvəl Bakının tarixi yerləri ilə tanış olacaq. Müğənni bir gün sonra isə Bakı Konqres Mərkəzinin səhnəsinə çıxacaq, canlı ifası ilə öz pərəstişkarlarına unudulmaz bir gecə yaşadacaq. 

Bu məqamda bildirək ki, sözügedən gecəyə biletlər məhdud sayda qalıb. Belə ki, Azərbaycanın məşhur onlayn bilet satışını həyata keçirən “iTicket.az”da bunu görmək mümkündür. Portal ən çox konsertinə bilet satılan məşhur kimi Sibelin adını qeyd edib. 

Sibel Can sabah Bakıya gəlir - Biletlər bitmək üzrə

 

 

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ