SON DƏQİQƏ
» » Azərbaycanlı müğənni ər axtarışında... - Anam deyir ki, sənə lazımdı?

Azərbaycanlı müğənni ər axtarışında... - Anam deyir ki, sənə lazımdı?

Tarix:

12-01-2019, 15:24

/ 10 364 dəfə oxundu.
Azərbaycanlı müğənni ər axtarışında... - Anam deyir ki, sənə lazımdı?

Müğənni Mənzurə Musayeva şəxsi həyatından danışıb.

Teleqraf.com-un məlumatına görə, “Şou ATV” verilişinə qonaq olan ifaçı bildirib ki, tək qalmasının səbəbi bəylərə qarşı inamsız olmasıdır:

“Tək qalmaq istəmirəm. Axtarışdayam. Bəlkə gəlib çıxdı. Ömrümün axırına qədər tək qalası deyiləm ki...Allahdan istəyirəm ki, gəlib çıxsın. Mənim niyyətim safdır. Bir insan mənə yanaşanda saf niyyətli olduğuna inanıram. Daha sonra görürəm ki, yox, bunun fikri başqadır. Ona görə də belə təkcə otururam. Bu günə qədər çox inanmışam. İndi inanmıram.

Sadəcə, əməli ilə sözü bir olan insan lazımdır. Görürsən ki, sözü əməli başqadır. Nəyimə lazımdır eləsi? Sakit həyatımı yaşayıram. Allah mənə hər şey verib. Hər şeyi özüm əldə eləmişəm. Tək başına nəsə etmək çətindir. Allah mənə daim təkan verib. Bəzən anamla danışanda deyir ki, sənə lazımdı? Çox evlilik təklif edənlər var. Amma yaxına buraxmıram. Amma təklif pis şeydir. Sadəcə, qorxağam. Addımı atanda qorxuram”.

Qeyd edək ki, Mənzurə Musayeva 2 dəfə evli olub, boşanıb.

скачать dle 12.1

Şərhlər