SON DƏQİQƏ
» » “İstanbullu gəlin” serialının yeni video çarxı yayımlandı

“İstanbullu gəlin” serialının yeni video çarxı yayımlandı

Tarix:

1-09-2018, 10:48

/ 10 459 dəfə oxundu.
“İstanbullu gəlin” serialının yeni video çarxı yayımlandı

“İstanbullu gəlin” serialının yeni mövsüm üçün hazırlanmış ilk tanıtım çarxı yayımlanıb.

GunAz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tanıtım çarxında baş rol qəhrəmanları - Sürrəya ilə Fikrətin qızı Yazın uşaqlıqdan gənc qız olduğu hala qədər bütün mərhələləri təsvir edilib. Fraqmentdə Yazın anası Sürəyyanı nənəsi Esma Sultanı öldürməkdə ittiham etməsi izləyiciləri heyrətə salıb. Bir sözlə, serial yeni mövsümdə yeni sürprizlərlə tamaşçılar qarşısına çıxacaq.

Lakin “İstanbullu gəlin” serialının növbəti bölümünün nə zaman yayımlanacağı tarix hələ də açıqlanmayıb.

Qeyd edək ki, yeni mövsümdə “Star TV”də yayımlanan ekran işinə yeni obrazlar daxil edilib. “Yaz”ın böyüklüyünü aktrisa Ahsen Eroğlu, “Esma”nın baldızı Ülfet Kavaklı xarakterini Meral Çetinkaya, onun rəfiqəsi Günəş rolunu isə Nihal Yalçın canlandıracaq.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ