SON DƏQİQƏ
» » Ustad sənətkar ÜSYAN ETDİ: Aktyorlar o qədər narkotik istifadə edir ki...

Ustad sənətkar ÜSYAN ETDİ: Aktyorlar o qədər narkotik istifadə edir ki...

Tarix:

24-05-2018, 15:31

/ 10 618 dəfə oxundu.
Ustad sənətkar ÜSYAN ETDİ: Aktyorlar o qədər narkotik istifadə edir ki...

Asuman Dabakdan sonra, ustad aktyor Aydemir Akbaş da gənc aktyorların çəkiliş meydançalarında narkotik maddə istifadəsinə münasibət bildirib.

Gunaz.az publika.az -a istinadən xəbər verir ki, aktyor “Çəkilişlər üçün darıxmısınızmı?” sualına sərt cavab verib:

"Hər kəsin narkotik istifadə etdiyi çəkilişlər üçün darıxmaq olar? Çəkilişlərdə belə, narkotik maddə istifadə edirlər. Bunlara dəyənəklə vurmaq lazımdır. 5 il həbsxanada yatdıqdan sonra gör necə düzəlirlər. Ömrümdə heç marixuana da çəkməmiş adamam. Xərçəngdən sonra siqareti də tərgitdim”.

Xatırladaq ki, Asuman Dabak da keçən ay oxşar bəyanatlar vermişdi. Dabak "Türk kinosu spirt və narkotik maddə üzərində bir dünya qurmuş vəziyyətdədir. Çəkiliş meydançalarında o qədər çox narkotik maddə istifadə edilir ki, sadəcə inanılmazdır. "Nə olacaq ki, onsuz da hamı istifadə edir”, - məntiqi hakim olub.

Xatırladaq ki, bu yaxınlarda məşhur aktyorlar Çağatay Ulusoy və Gizem Karaca "narkotik alveri" əməlindən 4 il 2 ay, müğənni Cenk Eren isə eyni cinayətə görə 6 il 3 ay azadlıqdan məhrum edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ