SON DƏQİQƏ
» » Üzeyir Mehdizadə: “Klip çəkməyə vaxtım yoxdur” – VİDEO

Üzeyir Mehdizadə: “Klip çəkməyə vaxtım yoxdur” – VİDEO

Tarix:

25-04-2018, 22:17

/ 11 274 dəfə oxundu.
Üzeyir Mehdizadə: “Klip çəkməyə vaxtım yoxdur” – VİDEO

“Virtual həyat” proqramının növbəti qonağı müğənni Üzeyir Mehdizadə olub.

Gunaz.az xəbər verir ki, Özü olmadan səsi sərhədin o bir tərəfində türkiyəli fanatlarını silkələməyi bacaran sənətçinin, qardaş ölkədə baş tutan konsertinin səsi-sorağı səngimək bilmir:

“Son zamanlar bilirdim ki, Türkiyədən həddən artıq çox tələbat var. Sevgilərini, dəstəklərini görürdüm. İnanırdım ki, getdiyim konsert gözlədiyim nəticəni verəcək. Konsert İğdırda olmuşdu. Bir konsertimiz Qaziantepdə baş tutdu. Konsetlərə nəinki həmin şəhərlərdən, ümumiyyətlə, Türkiyənin müxtəlif bögələrindən də gəlmişdilər”.

Klip olmadan mahnıları işıq üzü görən kimi özü özünü tanıtmağa başlayan müğənni, 51 milyon baxış sayı olan “Yaxşı olar” mahnısına klip çəkdirəcəyini söylədi:

“Həqiqətən, klip çəkməyə vaxtım yoxdur. Klipin hər şeyi hazırdır, sadəcə məndən cavab gözləyirlər ki, vaxt deyim və klip çəkilişləri başlasın. Yaxın zamanlarda tamaşaçıları sevindirəcəm. “Yaxşı olar” mahnısına klip çəkiləcək. Ssenarisi də mənə aiddir.

Klipdə ssenari iki xətt üzərində gedir: həm mənim sənətə necə gəlməyim, həm də sevgi xətti”.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ