Türkiyənin iki məşhur ulduzu: Barış Arduç və Elçin Sangu Azərbaycana gəlmə vaxtı dəqiqləşib. Onlar dekabrın 13-də "Mutluluk zamanı” filminin bakıdakı premyerasına qatılacaqlar.
Bu barədə Nizami Kino Mərkəzinin "facebook” səhifəsində məlumat verilib:
"Nəhayət ki ,Barış Arduç və Elçin Sanqu 13 dekabrda "Mutluluk Zamanı" filminin möhtəşəm qala gecəsində Nizami Kino Mərkəzində olacaqlar. Biletlər 16 noyabrdan etibarən Nizami Kino Mərkəzinin kassalarında satışda olacaq”.
Gunaz.az