SON DƏQİQƏ
» » “İmkanım yoxdur” deyən xalq artisti - Dövlətə borcunu ödədi

“İmkanım yoxdur” deyən xalq artisti - Dövlətə borcunu ödədi

Tarix:

3-08-2017, 20:55

/ 4 495 dəfə oxundu.
“İmkanım yoxdur” deyən xalq artisti - Dövlətə borcunu ödədi

Xalq artisti, tanınmış müğənni Gülyanaq Məmmədova ilə Vergilər Nazirliyi arasında yaranan borc qalmaqalı müsbət həllini tapıb.
GUNAZ.az xəbər verir ki, G.Məmmədova AzVision.az-a açıqlamasında nazirliyə borcunun qalmadığını bildirib.
"Artıq problem öz həllini tapıb. Nazirliyə borcum yoxdur. Məsələni qanun çərçivəsində yoluna qoyduq”,- xalq artisti deyib.
Qeyd edək ki, bir müddət əvvəl Vergilər Nazirliyi vergi ödəməyən müğənnilərin siyahısını açıqlamışdı. Onlar arasında tanınmış sənət adamlarının, xalq və əməkdar artistlərin adı yer almışdı. Adı borclular siyahısında olan tanınmışlardan biri də xalq artisti Gülyanaq Məmmədova idi. Müğənni vergini vaxtında ödədiyini, imkanının olmadığını desə də, nazirlik böyük məbləğdə borcun yığıldığını bəyan edirdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ