SON DƏQİQƏ

Efirdə Xoşqədəmin başına iş gəldi

Tarix:

31-07-2017, 17:16

/ 4 557 dəfə oxundu.
Efirdə Xoşqədəmin başına iş gəldi

Aparıcı Xoşqədəm Hidayətqızının "Səni axtarıram” proqramı mövsüm finalına gedib.
GUNAZ.az xəbər verir ki, proqramın dünən yayımlanan bölümündə aparıcının səsi batıb.
Proqram zamanı aparıcı Sərxan Kərəmoğlu studiyaya gəlib. "Bir dəfə mənə Moskavada suyun içində dərman verdilər. Onda səsim tutuldu. Dedilər ki, çox danışmaq olmaz. İndi siz də 40 faiz səslə danışırsınız. Bu, təhlükəlidir” söyləyib.
X.Hidayətqızı danışmağa davam edə bilmədiyini görüb və verilişi aparmaq üçün Sərxandan kömək istəyib.
"Bir dəfə qonşu kanalda mövsüm finalını çəkirdik. Mən şən danışmalıydım. Atam zəng etdi ki, bacının yeganə övladı suda boğulub ölüb. İçim ağlaya-ağlaya veriliş apardım. Mən o dərdlə proqramı davam etdirən adamam, səs batması mənə nə edəcək ki? Mən güclü biriyəm" deyə, X.Hidayətqızı söyləyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ