SON DƏQİQƏ
» » "Soyadım bölgə adı deyil, özümü səviyyəsiz..." - Afaqdan SƏRT SÖZLƏR

"Soyadım bölgə adı deyil, özümü səviyyəsiz..." - Afaqdan SƏRT SÖZLƏR

Tarix:

2-05-2017, 17:55

/ 4 400 dəfə oxundu.
"Soyadım bölgə adı deyil, özümü səviyyəsiz..." - Afaqdan SƏRT SÖZLƏR

Xəbər verdiyimiz kimi, millət vəkili Fazil Mustafa hesab edir ki, müğənnilər bölgələrin adına xələl gətirirlər: "Adam ictimai diqqətin yönəldiyi yerlərdə səviyyəsiz, ədəbsiz, yüngül hərəkətlər etməklə yanaşı, həm də bütöv bir bölgəni töhmət altında qoyur, yaxud da ironiya hədəfinə çevirir. Həm də bu mənasız və gərəksiz bir regionçuluq duyğusunu cəmiyyətimizdə cücərdir. Naxçıvanlı, Gəncəli, Borçalı, Bərdəli, Qazaxlı, Lənkəranlı, Tovuzlu, Xaçmazlı və s. bölgəsəl təxəllüslər götürüb abırlı davrana bilmirsənsə, niyə kimsə məhz o bölgədən olduğuna görəsənin davranışından xəcalət çəkməlidir?”
Məsələ ilə bağlı BiG.AZ yerli məşhurlarda bu məsələ ilə bağlı fikirlərini öyrənib.
Aparıcı Afaq Gəncəli gəncəli olmadığını deyib:
"Mən dəfələrlə efirlərdə də söyləmişəm ki, mənim soyadım bölgə adı deyil. Babam şair dramaturq yazıçı Novruz Gəncəlidir. Atam da gəncəli soyadını daşıyır, mən də bu soyadla doğulmuşam. Əslində "Gəncəli deyil, Gənc Əlidir”. Nə o bölgənin adın götürmüşəm, nə də o bölgə ilə adiyyatım yoxdur”.
Müğənni Xuraman Şuşalı isə məsələyə belə reaksiya verib: 
"Mənə bu soyadı ölməz bəstəkarımız Süleyman Ələskərov verib. O mənə dedi ki, sən Şuşalı olduğuna görə, bundan sonra efirdə sənə Xuraman Şuşalı deyiləcək. O vaxt 16 yaşım var idi. O zamanlar bu cür ləqəblər çox idi, indi mənim 37 yaşım var və düşünürəm ki, özümü səviyyəsiz aparmıram. Deputatın dedikləri mənə aid deyil"

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ