SON DƏQİQƏ
» » Bakıda Tofiq Quliyevin abidəsi ucaldılacaq - SƏRƏNCAM

Bakıda Tofiq Quliyevin abidəsi ucaldılacaq - SƏRƏNCAM

Tarix:

20-05-2021, 16:50

/ 3 238 dəfə oxundu.
Bakıda Tofiq Quliyevin abidəsi ucaldılacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev Tofiq Quliyevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.

GünAz.az sərəncamın mətnini təqdim edir:

 

1. Bakı şəhərində görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin abidəsi ucaldılsın.

2. Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Tofiq Quliyevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ