Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva 3-cü dərəcəli "Əmək” ordeni ilə təltif edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
O, Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində xidmətlərinə görə bu ordənə layiq görülüb.
Qeyd edək ki, Tağıyeva 1990-cı ildən hidrometeorologiya sahəsində çalışır.