Prezident İlham Əliyev Azərbaycan Respublikasının idman mütəxəssislərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
GunAz.az sərəncamın mətnini təqdim edir:
1. Azərbaycanda idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Culfayev Alavərdi Abasoviç
Eminbəyli Yavuz İbrahimoviç
Hacıyev Ramiz Məmməd Kərim oğlu.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikasında idmanın inkişafında xidmətləri olan bir qrup şəxsə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycanda idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar bədən tərbiyəsi və idman xadimi”
Ağayev Böyükağa Məmməd oğlu
Ələkbərov İqdam Əli oğlu
Əliyev Paşa İbrahim oğlu
Heydərov Tofiq Mirhəsən oğlu
Həsənov Azər Camal oğlu
Həsənov Tərlan Əliheydər oğlu
Mustafayev Şahlar Gülməhəmməd oğlu
Sultanova Sara Oqtay qızı
“Əməkdar həkim”
Əliyev Natiq Avil oğlu
Hüseynova Emiliya Əşrəf qızı
“Əməkdar jurnalist”
Cavadov Rəşad Qəmərşah oğlu.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mingəçevir şəhəri ərazisində avtomobil yollarının əsaslı təmirinə dair tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. Mingəçevir şəhəri ərazisində ümumi uzunluğu 11,9 kilometr olan, “Günəşli”, “Bağlar”, “Üçxoz” və “Tingçilik” yaşayış massivlərini şəhərlə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,5 milyon (iki milyon beş yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Salyan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. Salyan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.7.7-ci yarımbəndində göstərilmiş məbləğin 3,0 (üç) milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
İlham Əliyev “Vəkil günü” peşə bayramının təsis edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Hər il dekabrın 28-i Azərbaycan Respublikasında “Vəkil günü” peşə bayramı kimi qeyd edilsin.
***
İlham Əliyev Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif edilsinlər:
1-ci dərəcəli “Əmək” ordeni ilə
Abbasov Vaqif Qurban oğlu
Qədimov Fuad Tahir oğlu
Qurbanov Mürsəl Bakir oğlu
Mustafayev Mehman Xancan oğlu
Soltanov Şakir Soltan oğlu
2-ci dərəcəli “Əmək” ordeni ilə
Abasov Qurban İsmayıl oğlu
Babaşov Qurbanəli Şahvələd oğlu
Cəfərov Arif Məmməd oğlu
Fərzəliyev Hatif Şahsuvar oğlu
Hüseynov İsrayıl İsa oğlu
İbrahimov İlyas Aslan oğlu
Qurbanov İlkin Fərman oğlu
Mahmudov Mahmud Bayram oğlu
Məmmədov Əmir Əli oğlu
Mürşüdov İsa Əli oğlu
Nağıyev Muxran Engilis oğlu
3-cü dərəcəli “Əmək” ordeni ilə
Cavadov Ərşah Cavad oğlu
Dadayeva Ayparə Şaban qızı
Əhmədov Etibar Lətif oğlu
Əliyev Afiq Rəcəb oğlu
İsayev Qalib Baləhməd oğlu
Məmmədov Nizami Qulu oğlu
Mustafayev Şahin Mirzərəhim oğlu
Poladov Mövlan Qadaş oğlu
Salmanov İsa Ələkbər oğlu
Tağıyev Elqam Qənbər oğlu
Yusifov Asif Adıgözəl oğlu.
***
İlham Əliyev “Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1723-VQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.
Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1723-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinə verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1723-VQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.