SON DƏQİQƏ
» » Hakimiyyət orqanlarına tapşırıq verildi - Sərəncam

Hakimiyyət orqanlarına tapşırıq verildi - Sərəncam

Tarix:

13-12-2019, 11:06

/ 966 dəfə oxundu.
Hakimiyyət orqanlarına tapşırıq verildi - Sərəncam

Baş nazir Əli Əsədov Prezidentin “İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli qanununun tətbiqi barədə” 795 nömrəli və “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” fərmanının icrasını təmin etmək məqsədilə sərəncam imzalayıb.

GunAz.az xəbər verir ki, sərəncamla Ədliyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Qeyd olunub ki, razılaşma prosesinin iştirakçıları bu sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə müvafiq tədbirlər görməlidir.

Bildirilib ki, icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Nazirlər Kabinetinə təqdim etsinlər.

Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” qanunun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərini yerinə yetirməlidir.

Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görməlidirlər. Normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməli və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Bu sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq şöbəsinə həvalə edilib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər