SON DƏQİQƏ

Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar

Tarix:

28-06-2021, 09:17

/ 3 310 dəfə oxundu.
Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar

Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir.

Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir.

Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur. Ağciyər xəstəliklərinə səbəb olan zərərli hüceyrələrin sovrulmasını sürətləndirir. Ürək damar sistemi xəstəliklərinə və qan laxtalanmasına müsbət təsir edir. Sodium, maqnezium, potasium və dəmir baxımından olduqca zəngindir. Az kalorili, liflərlə də zəngin olan yemiş bağırsaqların dostu hesab olunur və uzun zaman tox saxlayır. Bir porsiya (150 qram) yemişdə 1,5 qram lif var.

Yemişi səhər yeməyində yemək tövsiyə edilir. Yemişdə olan karbohidratın da sağlamlıq üçün hər hansı ziyanının olmadığı bildirilir. Qaraciyər tıxanıqlığı və yuxusuzluq problemi olan insanlar yemişi bolluca istehlak etməlidirlər.

Yemiş çəyirdəkləri qaynadılıb istehlak edildikdə böyrəkdə olan qumu sidik yolu ilə bədəndən xaric edir. Öskürəyə və bəlğəmə faydalıdır. Bu tərəvəzin qabıqları da olduqca xeyirlidir. Mütəxəssislər yemiş qabıqlarını qaynadıldıqdan sonra istehlak etməyi tövsiyyə edirlər. Bu zaman həzm sistemi yaxşılaşır.

Yemiş və limon qarışımı da insan sağlamlığına müsbət təsir göstərir. Xüsusilə arıqlamaq üçün effektiv üsul hesab edilir. Səhər yeməyindən öncə 1 stəkan qaynadılmış yemiş suyu içmək mədənin toxluq səviyyəsini nəzarət altında saxlayır.

Metobolizmanı sürətləndirir. Dərinin təzə görünməsini təmin edir. Dəriyə qulluq üçün də faydalı olan yemiş, əzilib soyuq südə qatıldıqdan sonra üzə çəkildikdə dərini nəmləndirir. Xüsusilə quru dərilərə çox faydalıdır. Dərini qidalandırıcı xüsusiyyəti sayəsində saç dərisindəki hüceyrələrin deformasiya olmasına mane olur və saç tökülməsinin qarşısını alır. Eyni zamanda sədəf və eqzama kimi dəri xəstəliklərinə tutulma riskini azaldır.

Xüsusilə infarkt xəstəliyindən əziyyət çəkənlər hər səhər mütəmadi olaraq bir qədər yemiş və limon qarışımını istehlak edə bilər.

Yemişin tərkibində bol miqdarda şəkər olduğu üçün şəkər xəstələri diqqətlə istehlak etməlidirlər. Xora və də həzm sistemi iltihabı olan şəxslərə də məsləhət edilmir.

İdmanla məşğul olanlar, artıq çəkidən əziyyət çəkənlər bir dəfəyə gündə 150 qramdan çox yemiş yeməməlidir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ