SON DƏQİQƏ
» » İmtahanlarda COVID-19 pasportu tələb olunacaq? - RƏSMİ

İmtahanlarda COVID-19 pasportu tələb olunacaq? - RƏSMİ

Tarix:

26-05-2021, 12:35

/ 3 478 dəfə oxundu.
İmtahanlarda COVID-19 pasportu tələb olunacaq? - RƏSMİ

"İmtahanda iştirak edən şagirdlərin COVID pasportuna ehtiyac yoxdur. Çünki imtahan verənlərin yaşı 18-dən aşağı olanlardır, onlar isə hələ peyvənd olunmayıblar”.

GunAz.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

O qeyd edib ki, imtahana dəvət edilən şəxslərdən bu sənəd tələb ediləcək.

Abituriyentlərə isə bildirmişik ki, ailələrində koronavirusa yoluxan şəxslər varsa, imtahanda iştirak edə bilməyəcəklər:

"Bizim öz işçilərimizin hamısı peyvənd olunub. Əməkdaşlar sırasında 68 nəfər virusa yoluxaraq sağalıb, 1 nəfər isə vəfat edib”.

***

DİM-dən "qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, abituriyentlərdən yalnız sağlamlıq haqqında bəyyannaməni doldurmaq tələb olunur. Yaşı 18-dən yuxarı olsa belə, abituriyentlərdən COVID pasportu tələb olunmur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ