SON DƏQİQƏ
» » COVID-19-dan ölənlərin sayı rəsmi rəqəmlərdən 2-3 dəfə çoxdur - ÜST

COVID-19-dan ölənlərin sayı rəsmi rəqəmlərdən 2-3 dəfə çoxdur - ÜST

Tarix:

21-05-2021, 15:07

/ 2 804 dəfə oxundu.
COVID-19-dan ölənlərin sayı rəsmi rəqəmlərdən 2-3 dəfə çoxdur - ÜST

Dünyada COVID-19 infeksiyasından ölənlərin sayı 6-8 milyon təşkil edə bilər.

GünAz.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktorunun məlumat və təhlil məsələləri üzrə köməkçisi Samirə Əsma brifinq zamanı deyib.

 

ÜST-ün statistikasına əsasən, 2020-ci il yanvarın 30-dan dekabrın 31-dək müddət ərzində dünyada 1 813 188 nəfər koronavirusdan həyatını itirib. Amma ötən il üzrə aparılan təhlillər bütün ölüm hallarının qeydə alınmadığını göstərib.

O bildirib ki, koronavirus pandemiyası hazırda inkişaf edir:

"Bildiyimiz kimi, hazırda 3,4 milyondan çox ölüm faktı qeydə alınıb. Hesab edirik ki, bu göstəricilərin aşağı həddidir və real rəqəmlər rəsmi məlumatlardan 2-3 dəfə artıq ola bilər. Hazırda pandemiya inkişaf edir və bizim qiymətləndirmələrimiz təkmilləşəcək. Mənim fikrimcə, əminliklə demək olar ki, əslində COVID-19-dan ölənlərin sayı 6-8 milyon nəfərdir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ