SON DƏQİQƏ
» » Bu şəxslərə III doza peyvənd vurulacaq – VİDEO

Bu şəxslərə III doza peyvənd vurulacaq – VİDEO

Tarix:

7-05-2021, 16:33

/ 3 924 dəfə oxundu.
Bu şəxslərə III doza peyvənd vurulacaq – VİDEO

TƏBİB-in İdarə Heyəti yanında Tibbi-Elmi Komitədə koronavirus peyvəndinin III dozası ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Yaxın günlərdə bununla bağlı komitənin iclası keçiriləcək.

GünAz.az xəbər verir ki, bunu ARB-24-ün "İşgüzar səhər” verilişinə açıqlamasında TƏBİB nümayəndəsi deyib.

 

"Koronavirus peyvəndlərinin ömürlük qoruyuculuq qabiliyyəti yoxdur. Buna görə də gücləndirici dozanın daha effektiv olması ilə bağlı fikirlər var. Bu proses revaksinasiya, yəni təkrar vaksinasiya deyil, sadəcə, gücləndirici doza adlandırılır. Komitənin iclasında kimlərə və nə zaman bu dozanın tətbiq edilməsi müzakirə olunacaq. Proses yəqin ki, laborator göstəricilərə uyğun olaraq həyata keçiriləcək. Əgər qanda antitellər varsa, III dozanın tətbiqi məntiqli olmaz. Antitellərin səviyyəsi sürətlə düşən, peyvəndlənməsindən və ya koronavirusdan sağalmasından 6 ay ötən şəxslərə bunun vurulması müzakirə mövzusu ola bilər”, – o bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ