SON DƏQİQƏ
» » Hüquqları pozulan pasiyentlərin müraciətinə Səhiyyə Nazirliyi baxmayacaq

Hüquqları pozulan pasiyentlərin müraciətinə Səhiyyə Nazirliyi baxmayacaq

Tarix:

23-04-2021, 14:23

/ 3 515 dəfə oxundu.
Hüquqları pozulan pasiyentlərin müraciətinə Səhiyyə Nazirliyi baxmayacaq

Hüquqları pozulan pasiyentlərin müraciət edə biləcəyi qurumların siyahısına TƏBİB də əlavə olunub.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Dəyişikliyə əsasən, hüququ pozulan pasiyentər artıq Səhiyyə Nazirliyinə müraciət etməyəcək.

Belə ki, pasiyentin hüquqları pozulduqda, o, müalicə-profilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) - TƏBİB-ə və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə biləcək.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

скачать dle 12.1

Şərhlər