SON DƏQİQƏ

Koronavirusun CİDDİ FƏSADLARI AŞKARLANDI

Tarix:

8-04-2021, 09:43

/ 3 506 dəfə oxundu.
Koronavirusun CİDDİ FƏSADLARI AŞKARLANDI

Yeni növ koronavirusa (COVID-19) yoluxan hər 3 nəfərdən biri psixoloji və ya nevroloji xəstəliklərlə qarşılaşır.

GunAz.az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-da bununla bağlı ətraflı araşdırma aparılıb.

236 min insanın daxil olduğu araşdırmaya görə, COVID-19 infeksiyasına yoluxanların 34%-də xəstəlikdən sonra altı ay ərzində nevroloji və ya psixoloji problemlər aşkarlanıb.

Bildirilir ki, bu xəstələrin 17%-nə "Anksiyete", 14%-nə "əhval pozğunluğu" diaqnozu qoyulub.

Nevroloji təsirlər daha çox COVID-19 səbəbiylə xəstəxanaya yerləşdirilənlərdə qeydə alınıb. Virusa yoluxan hər 50 nəfərdən birində beynin qan damarlarının daralması və ya tıxanması nəticəsində qan axınının azalması səbəbindən "insult" müşahidə olunub.Publika.az


скачать dle 12.1

Şərhlər