Tibdə osteosarkoma, el dilində sümük şişi adlı xəstəlik zamanı sümüklərdə və oynaqlarda şişlər görülür.
GunAz.az sümük xərçənginin səbəb və əlamətlərini təqdim edir.
Sümük xərçəngi ilk başda sümük hüceyrələrində baş verən dəyişiklikdən qaynaqlanır. Daha çox ayaq və qollarda özünü göstərir.
Ayaqda dizə yaxın yerdə, diz arxası çökəkdə, qolun çiyin hissəsinda çox yaranır. Nadir halda kürək və çənə sümüklərində də ola bilər.
Əlamətləri:
bununla yanaşı iştahsızlıq, halsızlıq, qızdırma və hərəkətlərdə geriləmə müşahidə olunursa, mütləq rentgen və MRT çəkilməli, onkoloqa müraciət edilməlidir.
Sümük xərçənginin tipləri:
Multipl miyelom – birincili sümük şişidir. Bədxassəlidir. İstənilən sümükdə yaranır və 50 yaşdan sonra üzə çıxır.
Kimlər risk altındadır?
Çoxunun səbəbi bilinmir, amma kişilərdə, travma alanlarda, gənc yaşda idmanla düzgün məşğul olmayanlarda, sümükləri normadan tez və çox uzananlarda, sümüklərin digər xəstəliklərində əmələ gəlir.
Müalicəsi:
Diaqnoz qoyulan kimi travmatoloq, onkoloq, radioloq tərəfindən dərman kimya terapiya, şüa, orqan qorumaq şansı olan zaman əməliyyatsız müalicə, mümkün olmadıqda həmin sümüyün götürülməsi aparılır.Medicina.az