SON DƏQİQƏ
» » Azərbaycanda daha 879 nəfər COVID-19-a yoluxdu, 11 nəfər vəfat etdi

Azərbaycanda daha 879 nəfər COVID-19-a yoluxdu, 11 nəfər vəfat etdi

Tarix:

19-03-2021, 14:44

/ 3 490 dəfə oxundu.
Azərbaycanda daha 879 nəfər COVID-19-a yoluxdu, 11 nəfər vəfat etdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 879 yeni yoluxma faktı qeydə alınıb, 334 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan GünAz.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 244 303 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 232 228 nəfər müalicə olunaraq sağalıb, 3 325 nəfər vəfat edib, aktiv xəstə sayı 8 750 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 776, ötən müddət ərzində isə ümumilikdə 2 756 457 test aparılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ