C, B1 və B6 vitaminləri, dəmir, fosfor, immunartırıcı qidalarla zəngin olan sarımsaq yağı sağlamlığı qorumaq üçün təsirli həll yoludur. Xüsusilə Hindistanda sarımsaq yağı infeksiyaları və qızdırmanı müalicə etmək üçün uzun müddətdir istifadə edilir.
- Dəridə sızanaqların və ləkələrin meydana gəlməsinin qarşısını alır.
- Xərçənglə mübarizə aparır.
- Ayaqlarda və bədənin digər hissələrində əmələ gələn göbələkləri sağaldır.
- Yüksək xolesterolu azaldır.
- İmmunitet sistemini gücləndirir.
- Yüksək qan təzyiqini tarazlaşdırır.
- Ürək-damar xəstəliklərinə tutulma riskini minimuma endirir.
- Beynin sağlamlığını yaxşılaşdırır.
- Diş və diş ətindəki ağrıları aradan qaldırır.
- Həzmsizlik problemi üçün yaxşıdır.
- Qəbizliyin aradan qaldırılmasına yardım edir.
- Kəpəyin qarşısını alır.
- Qadınlarda sümük sağlamlığının formalaşmasına mühüm təsiri var.
- Saçda quruma və qaşınma kimi problemlərin qarşısını alır.