SON DƏQİQƏ
» » Koronavirusdan sağalan xəstələrdə hansı əlamətlər qalır?

Koronavirusdan sağalan xəstələrdə hansı əlamətlər qalır?

Tarix:

28-01-2021, 10:30

/ 5 946 dəfə oxundu.
Koronavirusdan sağalan xəstələrdə hansı əlamətlər qalır?

Koronavirusa yoluxub sağalan şəxslərə vaksinlər vurulmayacaq. Çünki onlarda təbii şəkildə yaranan antikorlar var.

Koronavirusu keçirənlərdə hansı əlamətlərin qalması geniş müzakirə olunan məsələlərdəndir.

Mövcud vəziyyət hansı səviyyədə özü ilə bərabər təhlükə daşıyır?

Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə bildirib ki, koronavirusu keçirən şəxslər sonrakı dövrdə qalıq əlamətlərindən əziyyət çəkir:

"Bu xəstələri çox narahat edir və bəzən panikaya da düşürlər. Elə düşünürlər ki, sanki onların xəsətliyi sona qədər müalicə olunmayıb və ya gələcək üçün hər hansı fəsad ola bilər.

Amma koronavirusdan əlamətlərin qalması xəstəlik müddətində düzgün aparılan müalicədən və ixtisaslı həkim tərəfindən uğurla yekunlaşmasından asılıdır. Təcrübələrimizdən görürük ki, koronavirusu keçirən şəxslərdə daha çox sinir psixoloji problemlər özünü qabardır.

Yuxu pozğunluqları, nevroloji əlamətlər və panik ataklar xəstələrdə müəyyən müddət davam edir. Ümumiyyətlə koronavirusu keçirən şəxslərdə əlamətlər 2-4 ay müddətində davam edə bilər.

Bəzən xəstələr iy və dadbilmənin bərpa olunamamasından şikayət edirlər. Bu əlamətlər xəstələrdə təqribən 3-4 ay ərzində bərpa oluna bilər. Buna görə xəstələr qətiyyən narahat olmamalıdır".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ