SON DƏQİQƏ
» » Alimlər koronavirusun ölüm əlamətini aşkar etdilər

Alimlər koronavirusun ölüm əlamətini aşkar etdilər

Tarix:

20-01-2021, 20:20

/ 6 923 dəfə oxundu.
Alimlər koronavirusun ölüm əlamətini aşkar etdilər

Vaşinqton Universitetinin Tibb Fakültəsinin alimləri hansı koronavirus xəstələrində ölüm riskinin yüksək olduğunu müəyyənləşdirmək üçün bir araşdırma aparıb.

Mütəxəssislər virusun səbəb olduğu hüceyrə ölümünün və immun sisteminin şiddətli reaksiyasında rol oynayan, sərbəst dövran edən mitokondrial DNT-ni (mtDNA) müəyyən etmək üçün kovidli 97 xəstədən qan plazması götürüb.

Tədqiqat şiddətli ağciyər funksiyası pozulmuş və ya ağırlaşmalardan ölənlərdə orta hesabla turşu səviyyələrinin on qat daha yüksək olduğunu aşkar edib. Eyni zamanda mtDNA miqdarının artması ölüm riskini iki dəfə, reanimasiyaya düşmə ehtimalını üç dəfə, intubasiya riskini altı dəfə artırıb. Bu əlaqənin yaş, cinsiyyət və ya xroniki xəstəlikdən asılı olmadığı qeyd olunub.

Tədqiqatçılar mitokondriyal DNT testinin xəstələrin sağlamlığını digər testlərdən daha yaxşı proqnozlaşdırdığını söyləyib. Mürəkkəb bir avadanlıq tələb etmir, PCR qədər tez və asanlıqla həyata keçirilir. Lakin səlahiyyətlilərdən təsdiq almaq üçün əlavə test tələb olunur.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ