SON DƏQİQƏ
» » Sərxoşluqdan ayılmaq üçün spirtli içki içməyin - XƏBƏRDARLIQ

Sərxoşluqdan ayılmaq üçün spirtli içki içməyin - XƏBƏRDARLIQ

Tarix:

29-12-2020, 09:12

/ 5 986 dəfə oxundu.
Sərxoşluqdan ayılmaq üçün spirtli içki içməyin - XƏBƏRDARLIQ

Spirtli içki qəbul etdikdən sonra ertəsi gün özünüzü pis hiss etmək sərxoşluqdan ayılmamaq deyil, bədəndə olan intoksikasiyanın qalıqlarıdır.

Bu barədə Rusiya Səhiyyə Nazirliyinin baş müstəqil psixiatr-narkoloqu Yevgeni Bryun danışıb.

O bildirib ki, vəziyyəti yaxşılaşdırmaq üçün alkoqollu içki qəbul etmək olmaz.

"Bu, həyat üçün təhlükəlidir. Bu vəziyyətdən çıxmaq üçün yatmalı, uzanmalı və özünüzü toparlamalısınız: "İçki içdikdən sonra ertəsi gün yaranan vəziyyəti düzəltmək üçün yenidən spirtli içki içmək olmaz. Köhnə spirtli içkini yeniyə qatmaq olmaz. Bu təhlükəlidir. Bu alkoqolla əlaqəli müxtəlif xəstəliklərə və xüsusən də ürək-damar sistemi probleminə səbəb olur".

Həkimin fikrincə, yenidən qəbul edilən spirtli içki orqanizmin vəziyyətini yaxşılaşdırmır. Yatıb, dincəlmək, istirahət etmək isə bədəni sakitləşdirir. Əhvalı düzəldir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ