SON DƏQİQƏ

Bu məhsullar möhkəm yuxu üçün VACİBDİR

Tarix:

22-12-2020, 08:13

/ 7 548 dəfə oxundu.
Bu məhsullar möhkəm yuxu üçün VACİBDİR

Rusiyanın tanınmış eksperti, psixologiya elmlər namizədi, dosent Aleksey Melexin hansı məhsulların möhkəm yuxuya imkan yaratmasından danışıb.

Bu barədə GunAz.az Rusiya mətbuatına istinadən xəbər verir.

Mütəxəssis yuxudan bir-iki saat əvvəl qida qəbulundan imtina etməyi, yaxud karbohidratlarsız və kofeinsiz məhsullara üstünlük verməyi məsləhət görüb.

O, izah edib ki, qidanın qəbulu yalnız həzm prosesi işi deyil, bu, həm də əsəb sistemi ilə əlaqədardır. Buna görə, əgər axşam yemək istəsəniz, bunlar qeyri-stimullaşdırıcı effektə malik məhsullar olmalıdır.

Melexinin sözlərinə görə, qida bir çox insanlara sakitləşdirici effekt göstərir. Triptofan tərkibli qida xüsusən yuxusuzluqdan əziyyət çəkənlərdə yuxunu sakitləşdirir və yaxşılaşdırır. Belə məhsullara fındıq, banan, pendir, paxla, mal əti, hinduşka və qoyun əti daxildir.


скачать dle 12.1

Şərhlər