SON DƏQİQƏ

COVİD mövsümi xəstəliyə çevrilə bilərmi?

Tarix:

18-09-2020, 20:05

/ 4 864 dəfə oxundu.
COVİD mövsümi xəstəliyə çevrilə bilərmi?

"COVİD-19 qrip kimi davam edib yayıla bilər”.

Bunu açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib. Vasif Əliyev bildirib ki, koronavirus hər zaman insanlarda yuxarı tənəffüs yolunda yayılıb:

"Yeni çıxan COVİD-19 isə həm yuxarı, həm aşağı tənəffüs yolunda olub. COVİD-19 Qrip kimi davam edib yayıla bilər. Bu virus eyni zamanda mutasiyaya uğramaq qabiliyyətinə malikdir. Necə ki, biz qripi hər il görürük, eləcə də COVİD-19-u da gələcəkdə görə bilərik. Haqlı olaraq deyiblər ki, virus hər il təkrarana bilər”.

TƏBİB rəsmisi qeyd edib ki, virusun bu payız kütləvi pandemiya halında görünməsi şərt deyil:

"Ancaq hər il payız və qış aylarında yoluxma hallarının olmasını müşahidə edə bilərik”.

Qeyd edək ki, "Rospotrebnadzor”un açıqlamasına görə, koronavirus qrip kimi xəstəlik olaraq qala və insanlara uyğunlaşmağı bacarmış COVID-19 mövsümi xəstəliyə çevrilə bilər.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ