Koronavirus keçirən və nəticədə antikorları olan şəxs böyük ehtimalla bir daha sözügedən xəstəliyə yoluxmur.
Bu barədə immunoloq Vladimir Bolibok NEWS.ru saytına danışıb. Onun sözlərinə görə, təkrarlanan xəstəlik halları kütləvi deyil - bunun olma ehtimalı təxminən 0,01%-dir.
Mütəxəssis bildirib ki, COVID-19 virusundan formalaşmış immunitet yoluxan xəstələrlə daimi təmasın müddətini uzadacaq:
"Xəstələrdə immunitet koronavirusla davamlı təmasda olduğu üçün meydana gəlir. Bir insan mütəmadi olaraq COVID-19 daşıyıcıları ilə qarşılaşırsa, orqanizmi infeksiyanın yaxınlıqda - ətraf mühitdə olduğunu başa düşür və buna görə reaksiya verir”.
Ancaq koronavirusa qarşı immunitet peyvəndlər etdirən şəxslərdə sağalmışlardan daha uzun müddət davam edəcək.